Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 22-ci turu çərçivəsində baş tutan “İnqulets”lə oyunun iştirakçısı olub.
Hansı ki, bu komandanın da heyətində digər azərbaycanlı futbolçu Dmitri Nağıyev çıxış edir. “Aleksandriya”nın ev sahibi olduğu qarşılaşmada hesab açılmayıb – 0:0.
Emil Mustafayev bu görüşə start heyətdə başlayıb və 75-ci dəqiqədə əvəzlənib. Dmitri Nağıyev isə 90 dəqiqə mübarizə aparıb.
“Aleksandriya” bu mövsüm keçirdiyi 21 oyunda 34 xal toplayıb. Komanda hazırda 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Mustafayev isə cari mövsümdə meydana çıxdığı 10 oyunda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
“İnqulets” isə 22 oyunda 26 xal toplayıb. Komanda 9-cu pillədə qərarlaşıb. Nağıyev də bu görüşlərin 21-nin iştirakçısı olub.


