Tiemoko Fofana “Sabah”dan getdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” klubu hücumçusu Tiemoko Fofana ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Fil Dişi Sahilindən olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Tiemokoya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Tiemoko Fofana 2021-ci ilin yanvar ayından “Sabah”ın üzvü idi. 23 yaşlı hücumçu bu komandanın heyətində 35 oyuna çıxıb. O, bu görüşlərdə 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Fofana daha öncə “İlves” (Tampere), “Nordsyelland”, “HJS Akatemia” kimi komandalarda da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: