Həbib Nurməhəmmədov “Mançester Siti”nin qələbəsi haqda

Yüngül çəki dərəcəsində sabiq çempion Həbib Nurməhəmmədov “Mançester Siti”nin Çempionlar Liqasını qazanmasına münasibətini bildirib.

Arena.az xəbər verir ki, məşhur döyüş ustası özünəməxsus konkretliyi ilə yenə diqqət çəkib:

“Onlar layiqdirlər”, Nurməhəmmədov sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, “İnter”i minimal hesabla məğlub etmiş “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub və mövsümü “trebl”lə başa vurub.

Həbib Nurməhəmmədov karyerasını 2020-ci ildə başa vurub. Döyüşçü qarışıq əlbəyaxa döyüş sənəti karyerası ərzində 29 görüşdə 29 qələbə qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: