Kristof Atanqana və Ülvi İsgəndərovdan “Qəbələ” ilə yeni müqavilə

Azərbaycan Kubokunun qalibi “Qəbələ” daha iki futbolçusu – Ülvi İsgəndərov və Kristof Atanqana ilə müqaviləni yeniləyib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, İsgəndərov və Atanqana növbəti iki mövsümdə də “qırmızı-qara” formanı geyinəcək. Onlarla müqavilələrin müddəti 2025-ci ilin yayına qədər artırılıb.

Ülvi İsgəndərov “Qəbələ”nin öz yetirməsidir. O, bu komandanın heyətində 114 oyun keçirib. Onun hesabında 20 qol və 5 məhsuldar ötürmə var. Ülvi icarə əsasında “Sumqayıt”da da oynayıb – 20 oyun, 5 qol.

Kristof Atanqana isə “Qəbələ”yə 2021-ci ilin iyulunda İspaniya “Atletik”indən gəlib. Kamerundan olan 23 yaşlı qolkiper “qırmızı-qara” forma ilə cəmi 15 matça çıxıb. O, bu görüşlərdə 23 qol buraxıb, 4 “quru” matç keçirib.

Xatırladaq ki, “Qəbələ” bunadək daha dörd futbolçusu – İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev və Emil Səfərovla anlaşmaları da yeniləmişdi. Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev və Andrey Strijak isə əyalət klubundan ayrılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: