“Fiorentina” rus hücumçusunu satmaq istəyir

“Fiorentina” 2022/2023 mövsümündə icarə əsasında Limassol “Aris”ində çıxış etmiş rus hücumçusu Aleksandr Kokorini satmaq niyyətindədir.

Arena.az bu barədə İtaliya mətbuatına istinadən xəbər verir.

32 yaşlı Kokorinin Kiprdəki uğurları “bənövşələr”in rəhbərliyini rus hücumçunu komandada saxlamaq üçün qane etməyib.

Mənbənin sözlərinə görə, Florensiya klubu yay transfer pəncərəsində Kokorini satmağa çalışacaq. “Aris” də Kokorinin transfer hüquqlarını almaqda maraqlıdır. Bunu klub nümayəndələri dəfələrlə bəyan ediblər.

2022/2023 mövsümündə Kokorin “Aris”in heyətində 30 oyun keçirib, 13 qol vurub, 6 məhsuldar ötürmə verib. Kokorin həmçinin Kipr çempionatında mövsümün ən yaxşı oyunçusu adını qazanıb.

“Aris”ə keçməzdən iki il əvvəl Kokorin “Fiorentina”da çıxış edib. Hücumçu karyerasının əsas hissəsini gənclər komandası da daxil olmaqla 10 mövsüm oynadığı Moskva “Dinamo”sunda keçirib.

“Transfermarkt” internet-portalı Kokorini 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: