Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun yenicə müqavilə bağladığı “Arda”nın yeni mövsümdəki ilk rəqibi bəlli olub.
Arena.az xəbər verir ki, sözügedən komanda yeni mövsümə “Çerno More”yə qarşı keçirəcəyi oyunla start verəcək.
Belə ki, ötən gün Bolqarıstan çempionatında 2023/2024 mövsümünün püşkü atılıb. Püşkə əsasən “Arda”nın da ilk rəqibi müəyyənləşib. Futbolçumuzun komandası yeni mövsümdə doğma meydanda qarşılaşacağı “Çerno More” ilə oyunla başlayacaq. İlk turun oyunları iyulun 14-də baş tutacaq. Birinci dövrəyə dekabrın 10-da yekun vurulacaq.
İkinci dövrə 2024-cü il fevralın 18-də başlayacaq, mayın 25-də bitəcək. Daha sonra pley-off mərhələsi baş tutacaq. Bolqarıstan kubokunun finalı isə gələn il mayın 15-də keçiriləcək.
Cəlal Hüseynovun yeni komandasının qarşıdakı mövsümün ilk dövrəsindəki oyunlarının təqvimi belədir:
1-ci tur: Arda – Çerno More
2-ci tur: Beroe – Arda
3-cü tur: Arda – ÇSKA 1948
4-cü tur: Botev (Plovdiv) – Arda
5-ci tur: Arda – Lokomotiv (Sofiya)
6-cı tur: Lokomotiv (Plovdiv) – Arda
7-ci tur: Аrda – Levski
8-ci tur: Pirin – Arda
9-cu tur: Аrda – Botev (Vraça)
10-cu tur: Arda – Hebar
11-ci tur: Krumovqrad – Arda
12-ci tur: Arda – Etar
13-cü tur: Slaviya (Sofiya) – Arda
14-cü tur: Arda – Ludoqorets
15-ci tur: ÇSKA (Sofiya) – Arda
Xatırladaq ki, “Zirə”yə məxsus olsa da, son mövsümü icarə əsasında “Şamaxı”da keçirmiş Cəlal Hüseynov bir neçə gün öncə “Arda” ilə 3 illik müqaviləyə imza atıb.


