Emil Mustafayev Ukrayna klubundan ayrıldı

Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasından ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə müqavilənin müddəti bitib. Tərəflər yeni müqavilə bağlamaq istəməyiblər. Bu üzdən də Ukrayna klubu azərbaycanlı futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Emil Musatafayev “Aleksandriya”nın yetirməsidir. O, 2021-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Gənc futbolçu geridə qalan mövsümdə meydana çıxdığı 19 oyunda 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Emil bu komandada bütövlükdə 26 oyun keçirib, 4 qol və 6 assistlə yadda qalıb.

Azərbaycanın U-21 yığmasında da 3 oyun keçirmiş yarımmüdafiəçinin karyerasını harada davam etdirəcəyi dəqiq bilinmir. Amma son dövrlərdə onun “Zirə”yə keçəcəyi barədə xəbərlər dolaşmaqda idi.

Xəbəri sosial şəbəkələrdə paylaş: