Mert Çelik “Neftçi”ni Türkiyə klubuna dəyişdi

Türkiyənin “Başakşəhər” klubunun və Azərbaycan milli komandasının müdafiəçisi Mert Çelik “Neftçi”dən ayrılıb.

Arena.az xəbər verir ki, “ağ-qaralar” İstanbul klubundan icarəyə götürdükləri 23 yaşlı oyunçu ilə sözləşməni uzatmağa ehtiyac duymayıblar.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub gənc futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Mert Çelik 2020-ci ilin sentyabrından etibarən formasını geyindiyi “Neftçi”nin heyətində 53 oyun keçirib, 2 qola, 1 məhsuldar ötürməyə imza atıb.

Artıq Çelikin yeni komandası da məlumdur. Belə ki, o, TFF 1-ci Liqada mübarizə aparan “Bandırmaspor” klubuna keçib. Türkiyə klubu onu “Başakşəhər”dən satınalma şərti ilə icarəyə götürüb.

Xatırladaq ki, “Neftçi” daha əvvəl Sezar Meza Kolli və Vato Arveladze ilə də əməkdaşlığa son qoyduğunu açıqlamışdı. Qapıçı İvan Brkiçlə isə yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: