Zurab Oçiqava “Sabah”ı Azərbaycanın bu klubuna dəyişdi

“Sabah”la yollarını ayıran ukraynalı müdafiəçi Zurab Oçiqava Azərbaycan Premyer Liqasının digər iştirakçısı “Qəbələ”yə keçib.

Arena.az xəbər verir ki, bu barədə bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Belə ki, “qırmızı-qaralar” Zurab Oçiqavanın keçidini rəsmiləşdiriblər.

28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Ukraynalı legionerin son klubu məhz “Sabah” olub. O, 2021-ci ilin fevral ayından paytaxt klubunda forma geyinirdi. Mərkəz müdafiəçisi bu komandanın heyətində cəmi 36 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Ukraynanın U-20 və U-21 yığmalarının sabiq üzvü “Levadiya”, “Olimpik” (Donetsk), “Dinamo” (Kiyev), “Dnepr”, “Mariupol” və “Vorskla”da da forma geyinib.

Xatırladaq ki, “Qəbələ” Oçiqavadan öncə Ahmed Ayzayanı da heyətinə qatmışdı. Əyalət klubunda İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Ülvi İsgəndərov, Kristof Atanqana və Omar Hani ilə də yeni müqavilə imzalanıb. Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi və Ruan Renato isə komandanı tərk ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: