Ozan Can Kökçü üçün yeni baş məşqçi

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” komandasına yeni baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Villem Veys çalışdıracaq.

Bu barədə ikinci divizion təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. 36 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu postda Rob Pendersi əvəz edib.

“Eyndhoven”ə 2021-ci ilin iyul ayından Rob Penders rəhbərlik edirdi. Amma geridə qalan mövsüm bitən kimi o, Erediviziya təmsilçisi “Utrext”dən aldığı təklifə görə bu komandan ayrılmışdı. 47 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 85 oyuna çıxarıb. Bu görüşlərdə 40 qələbə qazanmış eyndhovenlilər 19 heç-heçə ediblər, 26 məğlubiyyətə üzülüblər.

“Eyndhoven” geridə qalan mövsümdə Niderland ikinci divizionunda 38 oyuna 58 xal toplayıb və 20 kollektiv arasında 8-ci yeri tutub. Bu, sözügedən kollektivə Erediviziyaya vəsiqə uğrunda pley-off oyunlarında iştirak hüququ qazandırsa da, “Eyndhoven” “Almere Siti” ilə görüşlərdə uduzaraq elitaya çıxmaq şansını itirib.

Ozan Can Kökçü isə geridə qalan mövsümdə 34 oyuna çıxıb və 6 qol vurub. O, 2022-ci ilin avqust ayından bu komandada forma geyinir. 24 yaşlı vingerin Niderland klubu ilə 2024-cü ilin yayına kimi müqaviləsi var.

Xəbəri sosial şəbəkələrdə paylaş: