Harri Keyn – “Bayern”in əsas transfer hədəfi!

“Tottenhem”in hücumçusu Harri Keyn yay transfer pəncərəsində Almaniya çempionu “Bayern”in əsas hədəfi olaraq qalır.

Arena.az bu barədə alman jurnalist-insayder Florian Plettenberqə istinadən xəbər verir.

Məsələ burasındadır ki, “Bayern” hücumçu mövqeyinə layiqli oyunçu axtarışındadır. Mənbənin məlumatına görə, Almaniya nəhəngi Keyn üçün “Tottenhem”ə 100 milyon avrodan çox olmamaq şərti ilə ödəniş etməyə hazırdır. Keynin özü də “Bayern”ə keçməyə meyllidir. “Bayern” rəhbərliyi London klubunun nümayəndələri ilə mövzüya dair danışıqların yeni mərhələsinə hazırlaşır.

2022/2023 mövsümündə Harri Keyn “Tottenhem”in heyətində 49 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.

Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl Keynin “Mançester Yunayted”lə danışıqlar apardığı bildirilirdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: