“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı “Linkoln”la oyunlarının vaxtı və yeri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, Azərbaycan və Cəbəllüttariq çempionları arasındakı ilk qarşılaşma iyulun 11-də keçiriləcək. Cəbəllüttariqdəki “Viktoriya” stadionunda gerçəkləşəcək ilk matça Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.
Cavab qarşılaşması isə iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu oyunun start fiti saat 20:00-da səslənəcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
İlk oyun
11 iyul
19:30. “Linkoln” – “Qarabağ”
Cəbəllüttariq. “Viktoriya” stadionu.
Cavab oyunu
19 iyul
20:00. “Qarabağ” – “Linkoln”
Bakı Olimpiya Stadionu.


