Futzal üzrə UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə Azərbaycanı ölkə çempionu “Araz Naxçıvan” təmsil edəcək.
Arena.az xəbər verir ki, Çempionlar Liqasında yeni mövsümün püşkatma tarixi, eləcə də reqlamenti açıqlanıb.
Qarşıdakı mövsümdə 51 ölkəni təmsil edən 55 klub qalib adı uğrunda mübarizə aparacaq. İlkin və əsas mərhələnin püşkü iyulun 5-də atılacaq.
Artıq iştirakçı klubların reytinq cədvəli açıqlanıb. 23-cü pillədə yer alan Azərbaycan çempionu “Araz Naxçıvan” mübarizəyə ilkin mərhələdən start verəcək. Bu mərhələdə 32 komanda 8 qrupda yarışacaq. Yalnız öz qrupunda birinci pilləni tutacaq komandalar və ən yaxşı göstəriciyə malik ikinci pillənin sahibi (ümumilikdə 9 komanda) əsas mərhələyə vəsiqə qazanacaq.
İlkin mərhələnin səbətləri (22-27 avqust)
1-ci səbət (ev sahibləri)
Lubaua (Polşa 1)
Luçeneç (Slovakiya 1)
Doukas (Yunanıstan 1)
Riqa (Latviya 2)
Titoqrad (Monteneqro 2)
Tirana (Albaniya, 2)
Amiqo Northvest (Bolqarıstan 3)
AEL Limassol (Kipr 3)
2-ci səbət (qrupda 4-cüləri)
Blumsbury Futsal (İngiltərə)
PYF Saltires (Şotlandiya)
ASA Təl-Əviv Ouls (İsrail)
İstanbul Şişli (Türkiyə)
Sparta Belfast (Şimali İrlandiya)
Folqore (San Marino)
İsbjorninn (İslandiya)
Avropa (Cəbəllütarıq)
3-cü səbət (qrupda 3-cülər)
Georgians (Gürcüstan)
Enkamp (Andorra)
Nisturu Kişinyov (Moldova)
Yan Regensburq (Almaniya)
Utleira İdrettslaq (Norveç)
Cefn Druids (Uels)
4-cü səbət (qrupda 2-cilər)
Diamant Linz (Avstriya)
Priştina (Kosovo)
Yerevan Futsal (Ermənistan)
Kosmos Tallin (Estoniya)
Blue Magic (İrlandiya)
5-ci səbət (qrupda 1-cilər)
Araz Naxçıvan (Azərbaycan)
Futsal Minerva (İsveçrə)
Örebro (İsveç)
Eyndhoven (Niderland)
Radnik Biyelyina (Bosniya və Herseqovina)
Qeyd: UEFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan və Ermənistanı, eləcə də Kosovo və Bosniya və Herseqovinanı təmsil edən klublar eyni qrupda yer ala bilməzlər. Bu mərhələdən əsas mərhələyə yüksələcək komandalar B yolunda yer alacaqlar.
Əsas mərhələnin oyunları 24-29 oktyabrda keçiriləcək. Dörd ölkə – İspaniya, Portuqaliya, Qazaxıstan və Xorvatiya – hər biri iki klubla təmsil olunacaq. Xorvatiyanın bu şansı qazanması Rusiyanın FİFA və UEFA tərəfindən cəzalandırılması ilə bağlıdır.
B yolu
B yolunda reytinq cədvəlinin 12-15 və 20-22-ci pillələrində yer alan komandalar, eləcə də ilkin mərhələdən vəsiqə qazanacaq 9 klub yarışacaq. Ümumilikdə 16 komandanın yer aldığı B yolunda 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupda yarışacaq. Ancaq qrup qalibləri elit-raunda yüksələcəklər.
6-cı səbət (ilkin mərhələ qalibləri, 3-4)
A qrupunun qalibi
B qrupunun qalibi
C qrupunun qalibi
D qrupunun qalibi
E qrupunun qalibi
F qrupunun qalibi
G qrupunun qalibi
H qrupunun qalibi
Ən yaxşı ikinci pilləni tutan 1 komanda
7-ci səbət (qrupda 2-cilər)
Kampuksen Dinamo (Finlandiya)
Futsal Gentofte (Danimarka)
Stalitsa Minsk (Belarus)
8-ci səbət (qrupda 1-cilər)
Kaunas Jalgiris (Litva)
Plzen (Çexiya)
Citta di Eboli (İtaliya)
Futsal Dinamo (Xorvatiya)
A yolu
Son qalib “Palma Futsal” və turnir cədvəlinin ilk 11 pilləsində yer alan komandalar, eləcə də 16-19-cu pillədəki klublar A yolunda mübarizə aparacaqlar. Ümumilikdə 16 komandanın yer aldığı A qrupunda 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupda yarışacaq və hər qrupdan 3 komanda elit-raunda vəsiqə qazanacaq.
9-cu səbət (ev sahibləri)
Malyorka Palma Futsal (İspaniya, 1)
Doboveç (Sloveniya, 2)
Olmissium (Xorvatiya, 2)
Lozniça Qrad (Serbiya, 4)
10-cu səbət (qrupda 4-cülər)
HİT (Ukraya)
Differdanj (Luksemburq)
Etoile Laval (Fransa)
11-ci səbət (qrupda 3-cülər)
Ayat (Qazaxıstan)
Haladas (Macarıstan)
Luxol ST. Andreus (Malta)
Yunayted Qalati (Rumıniya)
12-ci səbət (qrupda 2-cilər)
Kayrat Almatı (Qazaxıstan)
Anderlext (Belçika)
13-cü səbət (qrupda 1-cilər)
Sportinq (Portuqaliya)
Barsa (İspaniya)
Benfika (Portuqaliya)
Püşkatma və oyun tarixləri:
İlkin və əsas mərhələnin püşkatması: 5 iyul
İlkin mərhələ: 22-27 avqust
Əsas mərhələ 24-29 oktyabr
Elit raundun püşkatması: 2 noyabr
Elit raund 28 noyabr – 3 dekabr
Final mərhələsi: 2-3, 4-5 may


