“Araz Naxçıvan” ÇL-də bu komandalarla qarşılaşmayacaq

Futzal üzrə UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə ölkəmizi təmsil edəcək “Araz Naxçıvan”ın rəqibləri iyulun 5-də məlum olacaq.

Arena.az xəbər verir ki, mübarizəyə ilkin mərhələdən start verəcək Azərbaycan çempionu 5-ci səbətdə yer alacaq.

Təmsilçimiz “Futsal Minerva” (İsveçrə), “Örebro” (İsveç), “Eyndhoven” (Niderland), “Radnik” (Bosniya və Herseqovina), “Lubaua” (Polşa), “Luçeneç” (Slovakiya) və “Dukas” (Yunanıstan) klubları ilə qarşılaşmayacaq. Çünki bu komandalar öz qruplarının birinci komandası olacaq.

“Araz Naxçıvan” da eyni mövqedə yer alacağından, onların yolu növbəti mərhələdə kəsişə bilər. Təmsilçimizin yer alacağı qrupun oyunları Latviya, Monteneqro, Albaniya, Bolqarıstan və ya Kiprdə keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: