Emil Mustafayev “Polesye”də debüt matçına çıxdı

Azərbaycanın U-21 yığmasının yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasında debüt matçına çıxıb.

Arena.az xəbər verir ki, Ukrayna Premyer Liqasına yenicə vəsiqə qazanmış Jitomir təmsilçisi Rumıniyanın “Otelul Qalati” komandası ilə üz-üzə gəlib.

Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində baş tutan görüşdə qalib müəyyənləşməyib – 2:2.

Emil Mustafayev bu görüşün ikinci hissəsində meydana buraxılıb. Bu, bir neçə gün öncə “Polesye” ilə müqavilə bağlamış azərbaycanlı futbolçunun yeni komandasındakı ilk matçı olub.

Xatırladaq ki, Mustafayev “Polesye”yə “Aleksandriya”dan azad agent kimi keçib və 4 illik müqavilə bağlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: