“Qəbələ” ilə “Sabah”dan məhsuldar heç-heçə

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” və “Qəbələ” komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, sözügedən komandalar Qəbələ şəhər stadionunda qarşılaşıblar.

Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. Hesabı paytaxt təmsilçisi açıb. David Volkov keçmiş komandası ilə oyunda fərqlənib. Az sonra daha bir qol vuran “Sabah” üstünlüyünü daha da artırıb. Bu dəfə yeni transfer Sofian Çakla adını tabloya yazdırıb. Fasilə ərəfəsində meydan sahibləri buraxılan qollardan birinin əvəzini çıxıblar. “Qəbələ”ni də yeni transferi Ahmed Ayzaya sevindirib. İkinci hissədə isə müdafiəçi Murad Musayev əyalət təmsilçisini məğlubiyyətdən xilas edib. Beləcə, qarşılaşma məhsuldar heç-heçə ilə bitib.

Xatırladaq ki, “Sabah” iyulun 6-da toplanışın 2-ci mərhələsi üçün Avstriyaya yollanacaq. Komanda orada Yunanıstan “Olimpiakos”u ilə yoxlama oyunu keçirəcək. İyulun 19-da baş tutacaq bu matça Bakı vaxtı ilə saat 15:00-da start veriləcək. Komanda Avstriyada bundan başqa daha 2 yoxlama matçında qüvvəsini sınamağı planlaşdırır. Amma digər rəqiblər hələ müəyyənləşməyib. Murad Musayevin çalışdırdığı kollektiv iyulun 20-də vətənə qayıdacaq.

“Qəbələ” isə iyulun 8-nə qədər Qəbələdə hazırlıq keçəcək. “Qırmızı-qaralar” toplanışın ikinci mərhələsini Türkiyədə gerçəkləşdirəcək.

Həm “Qəbələ”, həm də “Sabah” bu mövsüm Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcəklər.

Yoxlama oyunu
3 iyul

Qəbələ – Sabah 2:2
Qollar: Ahmed Ayzaya. Murad Musayev – Davit Volkov. Sofian Çakla.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: