Dmitri Nağıyev Ukraynada klubunu dəyişdi

Azərbaycanın U-21 milli komandasının və “Sumqayıt”ın sabiq müdafiəçisi Dmitri Nağıyev Ukraynada klubunu dəyişib.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu son mövsümdə formasını geyindiyi “İnqulets”dən ayrılıb.

O, bundan sonrakı karyerasını “Obolon”da davam etdirəcək. Təcrübəli oyunçu artıq Kiyev təmsilçisi ilə rəsmi müqavilə imzalayıb. Tərəflər 1 illik sözləşməyə imza atıblar. Futbolçu yeni komandasında 33 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Dmitri Nağıyev 2021-ci ilin yanvarından 2022-ci ilin yayına qədər “Sumqayıt”ın formasını geyinib. O, məhz Sumqayıt təmsilçisindən ayrılaraq “İnqulets”lə müqavilə bağlamışdı. Nağıyev geridə qalan mövsümdə bu komandanın heyətində 27 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Dmitri “Sumqayıt” və “İnqulets”dən öncə “Dinamo-Avto”, “Mayerverk”, “Dnepr” və “Ştumbras” kimi klubların da formasını geyinib. O, Azərbaycanın U-21 millisinin heyətində 2 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: