UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllüttariq) oyununa bilet satışı davam edir.
Arena.az xəbər verir ki, artıq bu oyuna 12 min bilet satılıb.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Oyuna hələ bir neçə gün qaldığını nəzərə alsaq, bu göstəricidə artım olacağı şübhə doğurmur.
Xatırladaq ki, “Qarabağ” – “Linkoln” matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Cavab matçına saat 20:00-da start veriləcək. Bu komandaların Cəbəllüttariqdə baş tutan ilk matçında Azərbaycan çempionu 2:1 hesabıyla qalib gəlmişdi.
Qeyd edək ki, Bakıdakı cavab matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir. Biletləri Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), eləcə də Ağdam klubunun “Park Bulvar”dakı fan-şopundan (11:00-dan 20:00-dək) almaq olar.


