“Arda” mövsümə 1 xalla başladı, Cəlal Hüseynov…

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni komandası “Arda” Bolqarıstan çempionatında 2023/2024 mövsümünə start verib. Arena.az xəbər verir ki, sözügedən komanda bu gün ilk tur çərçivəsində “Çerno More” ilə qarşılaşıb.

“Arda”nın meydanında baş tutan oyun məhsuldar alınıb. Tərəflər hərəyə 3 qol vurduqları bu oyundan heç-heçə ilə ayrılıblar – 3:3.

Cəlal Hüseynov mövsümün ilk matçının iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: