“Araz-Naxçıvan”ı elitada bu şirkət “geyindirəcək”

Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan” qarşıdakı mövsümündə “Diadora”nın forma və geyim dəstlərindən istifadə edəcək.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, artıq İtaliya şirkəti ilə müqavilə imzalanıb. Şirkətin komanda üçün istehsal edəcəyi məhsullar yaxın günlərdə təqdim ediləcək.

Qeyd edək ki, komandanın oyun formaları ağ və qırmızı rəngdə olacaq.

Xatırladaq ki, “Araz Naxçıvan” ötən mövsüm Birinci Divizionun qalibi olub. Bu üzdən də sözügedən klub 2023/2024 mövsümündə elitada oynamaq hüququ qazanıb. Bu komanda Premyer Liqanı tərk etmiş “Şamaxı”nı əvəz edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: