Futzal: “Araz Naxçıvan”ın ÇL oyunlarının təqvimi bilindi

Futzal üzrə Azərbaycan çempionu “Araz Naxçıvan”ın UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Azərbaycan çempionu ilk matçında Türkiyə təmsilçisi “İstanbul Şişli” ilə üz-üzə gələcək. Avqustun 23-də baş tutacaq bu qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Vitali Borisovun baş məşqçi olduğu kollektiv avqustun 24-də eyni saatda Almaniyanın “Yan Regensburq” komandasını sınağa çəkəcək.

Naxçıvan klubu avqustun 26-da da Latviyanın “Riqa” komandası ilə görüşəcək.

Qeyd edək ki, bu qrupun oyunları Latviyada keçiriləcək.

UEFA Çempionlar Liqası
İlkin mərhələ, A qrupu

“Araz Naxçıvan” – “İstanbul Şişli” (Türkiyə)
23 avqust. Salaspils. “Salaspils” İdman Arenası. Saat 15:00.

“Yan Regensburq” (Almaniya) – “Araz Naxçıvan”
24 avqust. Salaspils. “Salaspils” İdman Arenası. Saat 15:00

“Riqa” (Latviya) – “Araz Naxçıvan”
26 avqust. Salaspils. “Salaspils” İdman Arenası. Saat 18:00

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: