“Araz-Naxçıvan” Qəbələyə toplanışa gedir

Elitaya hazırlığın birinci mərhələsini Bakıda reallaşdıran “Araz-Naxçıvan” təlim-məşq toplanışı keçirmək üçün sabah Qəbələyə yola düşəcək.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, iyulun 30-na qədər Qəbələdəki “Gilan” hoteldə məskunlaşacaq komanda hazırlıq müddətində bir yoldaşlıq oyununda gücünü sınayacaq. Oyunun tarixi və rəqib barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, ötən mövsüm Birinci Divizionun qalibi olmaqla Premyer Liqaya vəsiqə qazanan “Araz-Naxçıvan” bu yay artıq iki yoxlama oyunu keçirib. Əvvəlcə Bakıda “Turan Tovuz”la qarşılaşan və 1:5 hesabıyla uduzan Azər Bağırovun yetirmələri “Kəpəz”lə də 1:1 hesablı heç-heçəyə razılaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: