“Qəbələ” – “Omoniya” matçının biletləri satışa çıxarıldı

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” – “Omoniya” matçının biletləri satışa çıxarılıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, biletlərin qiymətləri sektorlara görə 2, 3 və 10 manat təşkil edir. Biletləri “Qəbələ Hotel”də yerləşən fan-mağazadan əldə etmək olar.

Xatırladaq ki, Kipr təmsilçisi ilə ilk oyun iyulun 27-də Qəbələdə keçiriləcək. Bu oyuna saat 20:00-da start veriləcək. Avqustun 3-də səfərdə baş tutacaq cavab matçının start fiti isə Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: