Fərrux Mahmudov “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni prezidenti (baş icraçı direktoru) təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.
F.Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olub. F.Mahmudov müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.
Evlidir, 3 övladı var.
Xatırladaq ki, “Neftçi”yə 2018-ci ildən Kamran Quliyev rəhbərlik edirdi. O, bu gün vəzifəsindən azad olunub. Quliyevin dövründə “Neftçi” ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb. Quliyev daha öncə “Sumqayıt”da da prezident kimi çalışıb.


