Azərbaycan kubokunun sonuncu qalibi “Qəbələ” bu gün Avropa Konfrans Liqasının 2023/2024 mövsümündə ilk matçına çıxır.
Arena.az xəbər verir ki, əyalət təmsilçisi bu turnirin 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulur.
“Qırmızı-qaralar” doğma meydanda Kipr “Omoniya”ı ilə üz-üzə gələcəklər. Qəbələ şəhər stadionunda keçiriləcək oyunu rumıniyalı FIFA referisi Andrey Çivulete idarə edəcək.
Artıq ilk oyun üçün start heyətləri də məlumdur. Bir saat sonra başlayacaq oyunda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
27 iyul
20:00. “Qəbələ” – “Omoniya”
Baş hakim: Andrey Çivulete (Rumıniya).
Qəbələ şəhər stadionu.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 28. Murad Musayev, 4. Lukas Afriko, 34. Ürfan Abbasov (k), 99. Ahmed Ayzaya, 7. Emin Səfərov, 9. Əyyub Allaş, 14. Ülvi İsgəndərov, 72. Osama Xalayla, 10. Omar Hani.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizov, 36. Elməddin Sultanov, 94. Həbib Huşənov, 5. Rauf Hüseynli, 8. Gilad Abramov, 12. Nicat Əliyev, 17. Yaovi Akakpo, 18. Mehrac Baxşalı, 20. Bilel Auaşeriya, 24. Xəyal Xudaverdiyev, 33. Hüseyn Mürsəlov, 71. Sənan Ağalarov.
Baş məşqçi: Elmar Baxşıyev.
Omoniya: 40. Fabiano, 6. Markinyos, 22. Adam Lanq, 5. Senu Kulibali, 3. Adam Matteus, 8. Moreto Kassama, 31. İoannis Kusulos (k), 7. Villi Semedo, 90. Roman Bezus, 10. Loyzoz Loyzu, 18. Kərim Ansarifərid.
Ehtiyat oyunçular: 1. Konstantinos Panayi, 23. Fransiz Uzoho, 9. Andronikos Kakulli, 17. Yan Leçyaks, 19. Fuad Başiru, 20. Panayotis Zakariu, 21. Veliko Simiç, 73. Nemanya Miletiç, 74. Panayotis Andreu, 76. Çaralambos Çaralampus, 82. Nikolas Kiriakidis, 87. Konstantinos Panteli.
Baş məşqçi: Sofronis Avqusti.


