“Araz-Naxçıvan”ın ÇL oyunlarından ikisinin hakimləri bilindi

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki ilk iki oyununa təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, ilkin mərhələnin A qrupunda qərarlaşmış Naxçıvan klubu ilk matçında Türkiyə təmsilçisi “İstanbul Şişli” ilə üz-üzə gələcək. Avqustun 23-də baş tutacaq bu qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Vitali Borisovun baş məşqçi olduğu kollektiv avqustun 24-də eyni saatda Almaniyanın “Yan Regensburq” komandasını sınağa çəkəcək.

Naxçıvan klubu avqustun 26-da da Latviyanın “Riqa” komandası ilə görüşəcək. Sonuncu matçın start fiti isə Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.

Bu oyunlara təyinatları təqdim edirik:

Qeyd edək ki, bu qrupun oyunları Latviyada keçiriləcək.

Xatırladaq ki, əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan 1 komanda vəsiqə qazanacaq.

UEFA Çempionlar Liqası
İlkin mərhələ, A qrupu

“Araz-Naxçıvan” – “İstanbul Şişli” (Türkiyə)
Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr).
Timekeeper: Kiazo Leladze (Latviya).
Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna).
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino).
23 avqust. Salaspils. “Salaspils” İdman Arenası. Saat 15:00.

“Yan Regensburq” (Almaniya) – “Araz-Naxçıvan”
Hakimlər: Drazen Vukçeviç, Martina Piccola (İtaliya), Arttu Kyynaeraeinen (Finlandiya).
Timekeeper: Kiazo Leladze (Latviya).
Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna).
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
24 avqust. Salaspils. “Salaspils” İdman Arenası. Saat 15:00.

“Riqa” (Latviya) – “Araz-Naxçıvan”
26 avqust. Salaspils. “Salaspils” İdman Arenası. Saat 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: