Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Qəbələ” bu gün “Omoniya” ilə 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Arena.az xəbər verir ki, əyalət təmsilçisi doğma meydanda 2:3 hesabıyla uduzduğu Kipr təmsilçisi ilə bu dəfə səfərdə üz-üzə gəlib.
Azərbaycan təmsilçisinə mərhələ adlamaq üçün mütləq inamlı qələbə qazanmaq lazım idi. “Qəbələ” bu rəqibini mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Proqres” (Lüksemburq) – “Midtyulland” (Danimarka) duelinin güclüsü ilə qarşılaşacaqdı. Amma təəssüf ki, Qəbələnin eyniadlı təmsilçisi bu il ümidləri doğrultmayıb. Səfərdə daha böyük hesabla uduzan təmsilçimiz mübarizəni erkən dayandırıb.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
3 avqust
“Omoniya” – “Qəbələ” 4:1
Qollar: Roman Bezus, 5; 30-pen. Adam Lanq, 38. Senu Kulibali, 59 – Ahmed Ayzaya, 56.
Baş hakim: Adam Ladebek (İsveç)
Nikosiya, “GSP Arena”.
İlk oyun – 3:2.
Omoniya: 40. Fabiano (k), 3. Adam Matteus, 5. Senu Kulibali (73. Nemanya Miletiç, 67), 7. Villi Semedo, 8. Moreto Kassama (76. Çaralampos Çaralampus, 46), 9. Andronikos Kakulli (20. Panayotis Zakariu, 80), 10. Loyzos Loyzu (21. Velko Simiç, 63), 17. Yan Letsyaks, 19. Fuad Başiru, 22. Adam Lanq, 90. Roman Bezus (18. Kərim Ənsərifərd, 63).
Ehtiyat oyunçular: 23. Fransiz Uzoho, 98. Çaralambos Kiriakidis, 6. Markinyos, 31. İoannis Kusulos, 74. Panayotis Andreu, 82. Nikolas Kiriakidis, 86. Andreas Xristou.
Baş məşqçi: Sofronis Avqusti.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov (5. Rauf Hüseynli, 32), 4. Lukas Afriko, 7. Emil Səfərov (8. Gilad Abramov, 46), 9. Əyyub Allaş, 10. Omar Hani (17. Yaovi Akakpo, 77), 14. Ülvi İsgəndərov (18. Mehrac Baxşalı, 77), 28. Murad Musayev, 34. Ürfan Abbasov (k), 72. Osama Xalayla, 99. Ahmed Ayzaya.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizov, 36. Elməddin Sultanov, 94. Həbib Huşənov, 12. Nicat Əliyev, 29. Bilel Auaşeriya, 23. Xəyal Xudaverdiyev, 33. Hüseyn Mürsəlov, 71. Sənan Ağalarov.
Baş məşqçi: Elmar Baxşıyev.


