Əfsanəvi boksçu Mayk Tayson superağır çəkidə WBC çempionu Tayson Fyuri ilə döyüşü ərəfəsində MMA döyüşçüsü Frensis Nqannunu çalışdıracaq.
Arena.az bu barədə “Mirror”a istinadən məlumat verir.
Həmçinin, Mayk Taysonun qarşıdakı döyüş zamanı Frensis Nqannunun küncündə olacağı vurğulanır. Nqannu ilə Fyuri arasında boks görüşü oktyabrın 29-da keçiriləcək.
“Heç kimə sirr deyil ki, çempionların bu qarşıdurmasında mən Nqannunu yüz faiz dəstəkləyirəm. Onun güclü zərbəsi var və bu, hədəfə çatanda oyun bitir.
Nqannu ilə işləməyi və onun səkkizbucaqlıdan boks rinqinə keçidini dəstəkləməyi səbirsizliklə gözləyirəm. O, döyüşlərdə təzə deyil, axı o, dünya çempionudur. onun öz enerjisini və döyüş bacarıqlarını zərbələri ilə birləşdirmək və çeviklik, rinqdə sürətlə hərəkət etmək bacarığından istifadə edərək, sonra nokautedici zərbəni endirmək əsas məqam olacaq. Biz qələbə üçün buradayıq”, deyə Mayk Tayson vurğulayıb.


