“Qarabağ” üçün Avropa Konfrans Liqasında 10 mümkün rəqib

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Azərbaycan çempionunun Avropa Liqasında HJK ilə (Finlandiya) təşkil etdiyi cütün məğlubu mübarizəni qitənin üçüncü dərəcəli klub turnirində davam etdirəcək.

Bu cütün potensial rəqiblərindən ikisi Avropa Liqasında 3-cü raundun məğlubu, üçü isə Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin qalibi olacaq.

Beləliklə, “Qarabağ” – HJK cütünün Konfrans Liqasındakı mümkün rəqibləri bunlardır:

“Valmiera” (Litva) – “Partizani” (Albaniya) cütünün qalibi
“Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi
“Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq) cütünün qalibi
Avropa Liqasında “Zrinski” (Bosniya və Herseqovina) – “Breydablik” (İslandiya) cütünün məğlubu
Avropa Liqasında “Astana” (Qazaxıstan) – “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu

Xatırladaq ki, bu gün keçiriləcək Avropa Konfrans Liqasının püşkatma mərasiminə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: