“Qarabağ”ın futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Avroliqanın 3-cü raundunda Finlandiya təmsilçisi HJK ilə qarşılaşacaq.
Ağdam təmsilçisi bu rəqibini keçəcəyi halda növbəti mərhələdə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcək “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.
“Qarabağ” – HJK cütünün qalibi pley-offdakı ilk matçını səfərdə keçirəcək.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 24 avqustda, cavab görüşləri isə 31 avqustda gerçəkləşəcək.
Avroliqanın 3-cü təsnifat mərhələsinin oyunları isə 10 və 17 avqustda baş tutacaq. Ağdam təmsilçisi finlərə qarşı ilk oyununu bu həftə Bakıda, cavab görüşünü bir həftə sonra Helsinkidə keçirəcək.


