Futbol üzrə Portuqaliya Super Kubokunun 2023 mövsümünün qalibi müəyyənləşib.
Arena.az xəbər verir ki, həlledici matçda sonuncu ölkə çempionu “Benfika” Portuqaliya Kubokunun sonuncu qalibi “Portu” ilə qarşılaşıb.
Əzəli rəqiblərin görüşü “Benfika”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində Anxel Di Mariya (61-ci dəqiqə) və Petar Musa (68) fərqləniblər.
Bununla da “Benfika” tarixində 9-cu dəfə Portuqaliya Super Kubokunun qalibi gəlib. Sözügedən komanda bu göstəricidə Lissabon “Sportinq”inə çatıb.
Portuqaliya Super Kubokunu ən çox qazanmış komanda isə “Portu”dur – 23 dəfə.


