Azərbaycan Premyer Liqasının 2-ci turunda meydana çıxmayan “Sumqayıt” bunun əvəzində yoxlama oyununda qüvvəsini sınayıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv “Sabah”la oyunu təxirə salındığı üçün Birinci Liqa təmsilçisi MOİK-lə üz-üzə gəlib.
Sumqayıtda keçirilən oyun meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Sumqayıtlıların heyətində Erik Sorqa het-trik edib. Digər qolları Roi Kehat, Rövlan Muradov və Kamran Əliyev vurublar.
Xatırladaq ki, “Sumqayıt” əslində bu gün “Sabah”la çempionat oyununda üz-üzə gəlməli idi. Lakin “Sabah” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Serbiya “Partizan”ı ilə səfər oyunu öncəsi Premyer Liqa matçının təxirə salınmasını xahiş edib. Sumqayıtın eyniadlı təmsilçisinin razılığını əsas tutan Peşəkar Futbol Liqası da bu komandaların oyununu qeyri-müəyyən vaxta təxirə salıb.


