Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək Azərbaycan çempionu “Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.
Arena.az xəbər verir ki, ölkə çempionu daha bir legionerin keçidini reallaşdırıb.
Serbiya millisinin üzvü Lazar Milosavlyeviç qitəmiqyaslı yarışda təmsilçimizin formasını geyinəcək. 25 yaşlı futzalçının son klubu “Movo Lill Metropol” (Fransa) olub.
Xatırladaq ki, “Araz-Naxçıvan” bu yay fasiləsi zamanı daha dörd legionerlərlə güclənib. Bunlar braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç, özbək Husniddin Nişonov və xorvat qapıçı Luka Pavloviçdir.



