“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov paytaxt klubunun canlı əfsanəsi, Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovla görüşüb.
Arena.az xəbər verir ki, o, 83 yaşını qeyd edən tanınmış həkimi doğum günü münasibətilə təbrik edib.
Səbəbkara ən xoş arzularını çatdıran Fərrux Mahmudov ona xatirə hədiyyəsi təqdim edib. Dəvətə görə baş icraçı direktora təşəkkürünü bildirən Xetaqurov isə uzun illər saxladığı “Neftçi” talismanını klub rəhbərinə hədiyyə edib. O, yeni vəzifəsində Mahmudova və yeni mövsümdə komandaya uğurlar arzulayıb.
Xatırladaq ki, Boris Xetaqurov 1965-2003, 2011-2015-ci illər aralığında “Neftçi”də çalışıb.




