ÇL: “Araz Naxçıvan” sifariş ərizəsini UEFA-ya təqdim etdi

Gələn həftə futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq “Araz Naxçıvan” iştirak ərizəsini UEFA-ya təqdim edib.

Arena.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Vitali Borisov ikisi qapıçı olmaqla 14 futzalçını səfərə aparacaq.

İştirak ərizəsinə bu futzalçıların adları daxil edilib:

Qapıçılar: 1. Emin Kürdov, 12. Luka Pavloviç;

Oyunçular: 3. Tofiq Mikayılov, 6. Ninoslav Aleksiç, 7. Lukas Freytas, 8. Felipinyo, 9. Lazer Milosavlyeviç, 10. İsa Atayev, 11. Xətai Bağırov, 13. Novruz Kazıxanov, 14. Xəzər Ağalızadə, 15. Erik Lopes, 20. Amadeu, 21. Katatau.

Qeyd edək ki, Azərbaycan çempionunun yer aldığı qrupun oyunları Latviyada keçiriləcək. Komandamızın oyunlarının təqvimi belədir:

“Araz Naxçıvan” – “İstanbul Şişli” (Türkiyə)
Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr).
Timekeeper: Kiazo Leladze (Latviya).
Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino).
23 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 15:00.

“Yan Regensburq” (Almaniya) – “Araz Naxçıvan”
Hakimlər: Drazen Vukçeviç, Martina Piccola (İtaliya), Arttu Kyynaeraeinen (Finlandiya).
Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna).
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino).
24 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 15:00.

“Riqa” (Latviya) – “Araz Naxçıvan”
26 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 18:00.

Naxçıvan təmsilçisinin həlledici turda yerli “Riqa” ilə matçına hakim təyinatları daha sonra açıqlanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: