Premyer Liqa: “Araz-Naxçıvan” da “Qarabağ”la bacarmadı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 3-cü tur çərçivəsində daha bir qarşılaşma baş tutub.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk görüşü son çempion “Qarabağ”la uzun illər sonra elitaya qayıtmış “Araz-Naxçıvan” arasında baş tutub.

Bu komandaların əvvəlki oyunlarının hamısında meydan sahibi olan komanda qalib gəlmişdi. “Qarabağ” bütün matçlarda qol vurmuşdu. Ənənə bu dəfə də pozulmayıb. Ağdam təmsilçisi ev oyunundan qələbə ilə ayrılıb.

Turun qapanış matçında isə bu gün “Sabah” və “Neftçi” komandaları üz-üzə gələcəklər.

Bundan əvvəlki oyunlarda “Kəpəz” evdə “Turan Tovuz”a (0:2), “Qəbələ” “Sumqayıt”a (1:2), “Səbail” də “Zirə”yə (1:2) uduzub.

Azərbaycan Premyer Liqası
3-cü tur
20 avqust

“Qarabağ” – “Araz-Naxçıvan” 2:1
Qollar: Adama Diakabi, 15. Abdullah Zubir, 90+5 – Miço Kuzmanoviç, 57.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Eyyub İbrahimov, Kamal Umudlu.
“Azersun Arena”, 18:00.

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 19. Redon Cica
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 42. Kadiri Mohammed, 8. İsmail Azzaui
Baş məşqçi: Azər Bağırov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: