ÇL: “Araz Naxçıvan” Türkiyə çempionuna darmadağınla qalib gəldi

Futzal üzrə Azərbaycan çempionu “Araz Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, təmsilçimiz ilk sınağında Türkiyə çempionu “İstanbul Şişli” ilə qarşılaşıb.

Oyuna daha yaxşı başlayan naxçıvanlılar 4-cü dəqiqədə hesabı açıblar. Katataunun zərbəsi qarşısıalınmaz olub. Ardınca Xətai Bağırov topu “9-luğ”a sancıb. Heyətə yeni cəlb olunan serb futzalçı Lazar Milosavlyeviç də adını tabloya yazdırmağı bacarıb. Komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci hissəyə də təmsilçimiz aqressiv başlayıb. Amadeu ardıcıl qollar vurmaqla fərqi 5 topa çatdırıb. İsa Atayevin aşırma zərbəsi isə zalda əyləşənlərin üzünü güldürüb. Bir sözlə, ikinci hissədə məhsuldarlığı artıran Azərbaycan çempionu böyükhesablı qələbə qazanıb.

Komandamız növbəti oyununu sabah, Bakı vaxtı ilə saat 15:00-da Almaniya çempionu “Yan Regensburq”a qarşı keçirəcək.

UEFA Çempionlar Liqası
İlkin mərhələ, A qrupu
23 avqust

“Araz Naxçıvan” – “İstanbul Şişli” 9:1
Qollar: Katatau, 3:25. Xətai Bağırov, 5:53. Lazar Milosavlyeviç, 15:49. Amadeu, 21:35; 22:49; 30:05. İsa Atayev, 27:29; 33:05. Erik Dannilo, 35:52 – Sadettin Çamcı, 39:10.
Sarı vərəqə: Recep Demir, 14:27. Sefa Yılmaz, 27:57.
Salaspils. Salaspils İdman Arenası. Saat 15:00.

Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr).
Timekeeper: Kiazo Leladze (Latviya).
Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna).
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino).

Araz Naxçıvan: 1. Emin Kürdov (k), 7. Romao Lukas, 9. Lazar Milosavlyeviç, 15. Erik Dannilo, 20. Amadeu, 12. Luka Pavloviç, 3. Tofiq Mikayılov, 6. Aleksiç Ninoslav, 10. İsa Atayev, 11. Xətai Bağırov, 13. Novruz Kazıxanov, 14. Xəzər Ağalızadə, 21. Katatao.
Baş məşqçi: Vitali Borisov.

İstanbul Şişli: Mehmet Aşlamaçı, 10. Kamil Can Akparlak, 11. Talha Vardar, 23. Ramazan Bildirici, 83. Yusuf Aygün, 89. Kutsal Anı Ertok, 5. Saro Saraf (k), 8. Sadettin Çamcı, 9. Məhəmməd Altunay, 12. Yunus Erman Hizli, 20. Oğuz Ünal, 21. Səfa Yılmaz, 54. Ömər İlçi, 55. Recep Demir.
Baş məşqçi: Cihan Özdemir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: