Ukrayna Premyer Liqasında Azərbaycan derbisi baş tutdu

Futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 6-cı turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.

Mustafayevin formasını geyindiyi “Polesye” bu dəfə məhz Nağıyevin komandası – “Aleksandriya” ilə qarşılaşıb. “Polesye”nin meydanında baş tutan oyun Emilin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Həm Mustafayev, həm də Nağıyev bu görüşə ehtiyat oyunçular skamyasında başlayıb. Emil 63-cü, Dmitri 77-ci dəqiqədə meydana buraxılıb.

6 turdan sonra “Polesye” 12 xalla 16 iştirakçı arasında 2-ci, “Obolon” isə 5 xalla 12-cidir.

“Polesye” Ukrayna Premyer Liqasının 7-ci turu çərçivəsində sentyabrın 16-da səfərdə Odessa “Çernomorets”i ilə üz-üzə gələcək. “Obolon” isə həmin gün Donetsk “Şaxtyor”unun qonağı olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: