Azərbaycanlı yarımmüdafiəçi, 31 yaşlı futbolçu Araz Abdullayev Kosovonun “Lapi” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Kosovo Super Liqasının 4-cü turu çərçivəsində baş tutan “Priştina” ilə matçın iştirakçısı olub.
Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan qolsuz ayrılıb – 0:0. Araz görüşün 78-ci dəqiqəsində meydana buraxılıb.
Bu heç-heçədən sonra “Lapi” 7 xalla 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Araz Abdullayev “Lapi” ilə bir neçə gün öncə 1 illik müqavilə imzalayıb. O, ötən mövsümü “Sumqayıt”da keçirib. Araz Azərbaycan millisində 44 oyun keçirib və 3 qolla yadda qalıb.


