Emmanuel Makron DÇ-nin açılışında fitə basıldı – Video

Fransa prezidenti Emmanuel Makron bu ölkədə təşkil olunmuş 2023-cü ilin reqbi üzrə Dünya Kubokunun açılış mərasimində fitə basılıb.

Arena.az xəbər verir ki, xoşagəlməz hadisə prezidentin açılış mərasimi ilə bağlı çıxışı zamanı yaşanıb.

Xatırladaq ki, reqbi üzrə Dünya Kubokunun onuncu – yubiley turniri sentyabrın 8-dən oktyabrın 28-nə qədər Fransanın 9 şəhərində keçiriləcək. Kubok oyunlarını Sen-Deni, Marsel, Lion, Vilnöv-d’Ask, Bordo, Sent-Etyen, Nitsa, Nant və Tuluza şəhərlərindəki stadionlar qəbul edəcəklər.

Artıq turnirin açılış oyununda Fransa və Yeni Zelandiya komandaları üz-üzə gəliblər və Fransa yığması 27:13 hesabı ilə gözlənilməz qələbə qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: