Ozan Can Kökçü “Den Haq”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Niderland Birinci Divizionunun 5-ci turu çərçivəsində baş tutan “Den Haq”la oyunun iştirakçısı olub.

Sözügedən kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. “Eyndhoven” yekunda 1 xalla kifayətlənib – 1:1.

Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Eyndhoven” cari mövsümdə qazandığı 9 xalla 20 kollektiv arasında 8-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 43 oyuna çıxıb, 7 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: