Ağır çəkidə keçmiş mütləq dünya çempionu, əfsanəvi amerikan boksçu Mayk Tayson WBC çəki dərəcəsində dünya çempionu Tayson Fyuridən danışıb.
Arena.az məlumat verir ki, “Dəmir Mayk” bu barədə “Daily Mail Sport Boxing” “YouTube” kanalındakı çıxışı zamanı söhbət açıb:
“Fyuri bütün zamanların ən dahi boksçusu deyil, amma o, həqiqətən də oradadır – o, elə indi ən böyükdür. O, artıq dahidir. Fyuri artıq titulunu qoruyub və məğlub olmayıb. O boksda sensasiyadır, buna heç bir şübhə yoxdur”, deyə Mayk Tayson, Fyuri haqda ağızdolusu danışıb.
Xatırladaq ki, Tayson Fyurinin hesabında 34 döyüşdən 24 nokautla olmaqla 33 qələbə və 1 heç-heçə var.
Fyuri oktyabrın 28-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Frensis Nqannu ilə döyüşəcək.



