Elçin Məsiyev və Vüsal Məmmədov AÇ-yə təyinat aldılar

Azərbaycanın FIFA referisi Elçin Məsiyev və FİFA referi köməkçisi Vüsal Məmmədov UEFA-dan yeni təyinat alıblar.

Arena.az xəbər verir ki, onlar 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunda keçiriləcək oyunlara təyinat alıblar.

İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marino komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 25-dən 31-nə qədər İtaliyada təşkil ediləcək.

Azərbaycanlı hakimlər ilk olaraq ayın 25-də keçiriləcək İtaliya – San Marino matçında iş başında olacaqlar. Vüsal Məmmədov yan xətt hakimi, Elçin Məsiyev isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Müvafiq olaraq oktyabrın 28-də və 31-də keçiriləcək İtaliya – Şimali İrlandiya və Yunanıstan – İtaliya oyunlarında isə Məsiyev baş hakim olacaq. Hər iki oyunda Məmmədov yenə yan hakimi kimi çalışacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: