“Qarabağ” səfərdə 600-cü qolunu vurdu

Son çempion, cari mövsümün şərikli lideri “Qarabağ” futbol üzrə Azərbaycan çempionatlarında 600-cü səfər oluna imza atıb.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin yubiley topunun müəllifi Olavio Juninyo olub.

O, Azərbaycan Premyer Liqasının 10-cu turunun “Turan Tovuz”la matçında fərqlənib. Ağdam klubu 2:2 hesabı ilə başa çatan qarşılaşmada bu rəqəmi 601-ə də çatdırıb.

Ağdam klubu buna 443-cü səfər oyununda nail olub. Komandanın rəqib meydanlarındakı orta məhsuldarlığı 1,36-ya bərabərdir.

Ağda təmsilçisi ölkə çempionatları tarixində səfərdə 600 və daha çox qol vuran ikinci komandadır. Yalnız “Neftçi” daha çox qola imza atıb.

Xatırladaq ki, “Qarabağ” ilk səfər qoluna 1992-ci il mayın 9-da imza atıb. “Plastik”lə matçın (2:0) 55-ci dəqiqəsində Cavanşir Novruzov fərqlənib.

Xəbəri sosial şəbəkələrdə paylaş: