Ronaldo Nqannuya 100 milyon avroluq saat hədiyyə etdi

“Əl-Nəsr”in və Portuqaliya yığmasının superulduzu, hücumçu Kristiano Ronaldo bahalı hədiyyəsi ilə gündəmə gəlib.

Arena.az məlumat verir ki, o, ağır çəkidə keçmiş UFC çempionu, qarışıq döyüş sənəti üzrə franko-kamerunlu döyüşçü Frensis Nqannuya superağır çəkidə WBC çempionu britaniyalı Tayson Fyuri ilə qarşıdakı döyüşdən əvvəl bahalı saat hədiyyə edib.

Ronaldo Nqannuya “Jacob & Co” ilə əməkdaşlıq çərçivəsində buraxılmış məhdud sayda “Heart of Ronaldo” silsiləsindən saatı hədiyyə edib. Saatların qiyməti 100 min avro məbləğində qiymətləndirilir.

Fyuri və Nqannu arasında döyüş oktyabrın 28-də Ər-Riyadda keçiriləcək.

Fyuri peşəkar boksda 34 döyüş keçirib və bu döyüşlərdə 24-ü nokautla olmaqla, 33 qələbə qazanıb, 1 döyüşü heç-heçə başa vurub.

Nqannu isə qarışıq döyüş növləri üzrə ümumilikdə 20 döyüş keçirib, bu döyüşlərdə 12-si nokautla olmaqla, 17 qələbə qazanıb, 3 döyüşdə isə məğlub olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: