Yeni idman direktoru “Neftçi”nin məşqində

“Neftçi” Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində qarşılaşacağı “Sabah”la matçın hazırlığını davam etdirir.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıb.

Məşqdən əvvəl klubun yeni idman direktoru Yens Andersson komandanın üzvləri ilə görüşüb. O, qarşıdan gələn oyunda “ağ-qaralar”a uğurlar arzulayıb.

Zədəlilər – Emil Balayev, Eddi İsrafilov və Andre Şinyaşikidən başqa bütün futbolçuların qatıldığı hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, sözügedən matç oktyabrın 29-da “Neftçi Arena”da baş tutacaq. Oyuna saat 18:30-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: