Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 15-ci turu çərçivəsində keçirilmiş Sofiya ÇSKA-sı ilə oyunun iştirakçısı olub.
Səfərdə baş tutan bu qarşılaşmada “Arda” 1 xalla kifayətlənib – 0:0.
Hüseynov bu görüşün 79-cu dəqiqəsində meydana buraxılıb. O, 90+2-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Arda” 15 turdan sonra 24 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış iki oyunu da var.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 10 rəsmi oyuna çıxıb, 1 qol vurub.


