Reqbi: CAR yığması dördqat dünya çempionu oldu!

Cənubi Afrika Respublikasının reqbi yığması Fransada keçirilmiş dünya çempionatının final oyununda qalib gəlib.

Arena.az məlumat verir ki, Sen-Denidə, “Stad de Frans” stadionunda keçirilmiş həlledici qarşılaşmada “Sprinqboks” Yeni Zelandiya yığmasını 12:11 hesabı ilə məğlub edib.

Birinci hissədən sonra 6:12 hesabı ilə geridə olan “Oll Bleks” fərqi ən azına qədər azaltmağı bacarsa da, bu, oyunun müqəddəratına təsir göstərməyib.

Bu qələbə CAR yığması üçün tarixində dördüncü dəfə dünya çempionluğunu qazanması ilə əlamətdar olub. Afrika təmsilçisi daha əvvəl 1995, 2007 və 2019-cu illərdə dünya çempionluğunu qazanıb. Bu isə mütləq rekorddur.

Yeni Zelandiya yığması isə dördqat dünya çempionu olmaq imkanını əldən vermiş olub. Ada təmsilçisi buna qədər 1987, 2011, 2015-ci illərdə dünya çempionatlarında qalib gəlib.

Xatırladaq ki, reqbi üzrə dünya çempionatının oyunları sentyabrın 8-dən oktyabrın 28-dək Fransanın 9 şəhərində baş tutub.

Xəbəri sosial şəbəkələrdə paylaş: