Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 11-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun qapanış matçında son çempion “Qarabağ” “Araz-Naxçıvan”ın qonağı olacaq. Tərəflər arasındakı razılığa əsasən, Naxçıvan təmsilçisi rəqibini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Hansı ki, Ağdam klubu da çempionatdakı ev oyunlarını məhz bu arenada keçirir.
Mövsümün ən sürpriz komandalarından hesab olunan “Araz-Naxçıvan” indiyə qədər “Qarabağ”la 5 oyun keçirib. Bu oyunlarda naxçıvanlılar 2, ağdamlılar 3 qələbəyə seviniblər. Maraqlıdır ki, əvvəlki oyunların hamısında meydan sahibi olan komanda qalib gəlib. “Qarabağ” bütün matçlarda qol vurub.
Premyer Liqa
11-ci tur
28 oktyabr
“Zirə” – “Səbail” 2:2
Qollar: İssa Cibrilla, 19. Rüstəm Əhmədzadə, 78 – Pedro Nuno, 31; 34.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İK stadionu, 16:00.
“Turan Tovuz” – “Kəpəz” 4:0
Qollar: Otto Con, 45. Roderik Miller, 54. Sertan Taşkın, 58. Luis Paçu, 67.
Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Tovuz şəhər stadionu, 19:00.
29 oktyabr
“Sumqayıt” – “Qəbələ” 0:0
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena”, 16:00.
“Neftçi” – “Sabah” 0:1
Qol: Boyan Letiç, 90+5.
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 18:30.
30 oktyabr
“Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.


