“Qarabağ” – “Kəpəz” matçının biletləri satışa çıxarıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunda keçiriləcək “Qarabağ” – “Kəpəz” qarşılaşmasının biletləri sabah satışa çıxarılacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu oyunun biletləri sabah saat 12:00-dan etibarən iticket.az-da satışda olacaq. Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər sabahdan etibarən iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.

Xatırladaq ki, “Qarabağ” – “Kəpəz” oyunu noyabrın 4-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşmaya saat 16:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: